Sukanal idarəsi,yoxsa “Biznes mərkəzi”?-VİDEO

177

   Gəncənin içməli su problemi hələ də həllini tapmayıb.İşbazlar isə su biznesini genişləndirir.

Gəncə əhalisinin, eləcə də ətraf rayonların içməli su təminatının yaxşılaşdırılması ilə bağlı dövlət büdcəsində Şəmkirçay ” Su anbarının tikintisinə 1 mlrd dollar vəsait xərclənməsinə baxmayaraq hələ də əhaliyə içməli “ağ su”yun 10 litri 0. 20 azn- ə satılır.Gəncənin Gülüstan qəsəbəsi ərazisində Göygöl ,Qızılqaya və Şəmkirçay su anbarından gələn xətlərlə təmin edilən “ağ” su anbarı üzərində səyyari satışlar təşkil edilməsi və ondan gələn gəlirlər Gəncə ‘Sukanal’ Törəmə Səhmdar Cəmiyyəti ASC-nin sabiq rəisi Natiq Əhmədovun şəxsi biznes mənbəyinə cevirlib.Məhz ona görə də “Azərsu” rəhbərliyi onu tutmuş olduğu vəzifədən azad edib.Ancaq belə olan halda suallar yaranır.Gəncədə İçməli suyun keyfiyyətinin yaxşılaşdırılması əhalinin içməli su təchizatı üzərində qurulmuş olan şəxsi biznes niyə araşdırılmadı? Qanunla 1 tonu 0.30 azn olıduğu halda əhaliyə içməli suyun 10 l-ni 0.20 azn-ə niyə satırlar?

Ölkənin 2-ci ən böyük şəhəri olan Gəncə sakinlərinin içməli su təminatı üzərində qara biznes qurmaqla hər ay satışdan əldə edilən külli miqdar vəsait dolayısı ilə rəisin cibinə girməli olur.Bu sahədə olan özbaşınalıq sahəsində sünii olaraq yardılmış olan qiymət sobatajliğı faktı Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmalıdır.
Prezident İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırığına uyğun olaraq regionlarda genişmiqyaslı layihələrin icra edilir.

Amma, hələ də Gəncə əhalisinin içməli “su” problemi həll omamış qalması məmur özbaşınalığı deyilmi? Uzun illərdir içməli su kimi əhaliyə maşınlarla səyyari xidmət yenədə davam edir.Dövlət büdcəsindən milyonlarla vəsaitin hesabına tikilmiş olan “su” anbarını Gəncə ‘Sukanal’ Törəmə Səhmdar Cəmiyyəti ASC-yə yeni təyin edilən rəis Vaqif müəllim tərəfindən “Ağ su” biznesi yenə də davam etdirilməkdədir.Yeni rəis təyin edilməsinə baxmayaraq qiymətlər dəyişməz olaraq qalmaqdadır. Hər gün anbardan 100 tonlarla içməli suyu maşınlarla əhaliyə səyyari satışı icra edilməkdədir.Bəs bu satışdan gələn pullar niyə dövlət büdcəsinə ödənilmir? Gəncə ‘Sukanal’ Törəmə Səhmdar Cəmiyyəti ASC-də əhaliyə (abonentlərə) xidmət şəxsi biznes maraqlarına köklənərək korrupsiyalaşıb.Əhaliyə içməli suyun satışında qiymətlər olduqca çox bahadır.Gəncədə komunal problemlərindən biri olan bu sahədə abonentlərin içməli su sarıdan narazı salınması məsul şəxslər tərəfindən bəlkə də qəsdən edilir.

İçməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də mövcuddur. Araşdırmalara görə, bizim yerüstü su ehtiyatımız orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə (az sulu illərdə) isə bu göstərici 23 mlrd.kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3800 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23 764,28 mln. kubmetr/gün su ehtiyatı var. Azərbaycan ərazinin hər kv.km-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd.kubmetr) 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, yalnız 10%-i Azərbaycanın payına düşür.Sonda “Azərsu” ASC-nin rəhbərliyi yəqin ki, yeni təyin etmiş olduğu rəisə “ağ su” biznesinə dur deyəcək və əhalini ucuz qiymətə içməli su ilə təmin edilməsinə göstəriş verəcəkdir.

Müəllif:Ərşad

DİGƏR XƏBƏRLƏR