Kür çaynın “işğalı”davam edir-FOTOLAR

536

Xəbər veriyimiz kimi 117 nəfər Mingəçevir sakini tərəfindən Kür çayının gəzinti zolağında,o cümlədən suyun içərisində tikilmiş qanunsuz tikililərlə bağlı Prezident İlham Əliyevə ,o cümlədən Azbelediyye.az və Kanal32.info saytlarına müraciət məktubu ünvanlanıb.

04 iyun,11 iyun,02 iyul və 04 iyul 2019-cu il tarixlərdə bununla bağlı hər iki saytda geniş məqalələr dərc olunub.Mövcud problem və qanun pozuntusu foto-faktlarla aidiyyatı qurumların diqqətinə çatdırılıb.Həmçinin,redaksiyamız tərəfindən 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə,o cümlədən Mingəçevir Şəhər İcra Hakimiyyətinə rəsmi sorğu göndərilib.Bundan sonra yalnız 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi qanun pozuntusuna iki dəfə müdaxilə edib.

Ancaq bu tikintini aparan “DEKA” şirkətinin yiyəsi və “dayı”ları kimdisə onlar heç bir qanunu və heç bir qurumu veclərinə almır.Necə deyərlər,hazırda Kür çayının “işğalı” davam edir.Ötən gün əməkdaşımızın çəkdiyi fotoları təqdim edirik:

Ey,bu qanunsuz inşaata göz yuman aidiyyatı qurumlar və pullar qarşısında “əriyiən”məmurlar,bu fotolara DİQQƏTLƏ BAXIN! Hələ bu azmış kimi tikinti aparanlar çayı tullantı mənbəyinə də çevrirərək ciddi ekoloji təhlükələr də yaradırlar.

Mingəçevir sakinləri ölkə başçısı hörmətli Cənab İlham Əliyevdən təcili komək istəyirlər.Çünki yerli icra hakimiyyəti onların səsini eşitmir.Axı,ərazini sahibkarlara məhz Mingəçevir şəhər İcra hakimiyyəti satıb…

Kanal32.info

 

DİGƏR XƏBƏRLƏR