Köçkün gəncdən ürəkdağlayan müraciət

122

1993-cü ildən Mingəçevir şəhərindəki  Turist bazasında müvəqqəti məskunlaşmışıq.On ildən çoxdur ki, deyirlər bu gün, sabah sizləri yeni evlərə köçürəcəyik.Bu zaman gözlərimizə közərən şama bənzər bir ümid işığı gəlir.Hələ də köçüb gedə bilmədiyimizi görəndə isə bu gözərən işıq uzunmüddətli qaranlığa qər q olur.O zaman Əli Həsənov da bizə kömək etmədi.İndiki”Qaçqınkom “da yəqin ki, bizim yaşayış şəraitimizi bilir.Burada “yaşayan” köçkünlər  qutuya bənzər “finiski” taxta “ev”də suya həsrət qalmış ,yaşamaq uğrunda mübarizə aparan çırpınan balıq kimi ölməmək üçün mücadilə edir.
Necə olur ki, bizlər diqqət mərkəzi olan bir yerdə “yaşayırıq”,amma yerli İcra hakimiyyəti  bizləri görmür?Daha doğrusu görməzdən gəlir.Axı biz də XXI əsrdə yaşayan bir xalqıq.Yerli məmur və məmucuqların şəxsi ambisiyaları ucbatından nefti bol olan ölkədə daxmalarda yaşayırıq.Lap afrikalılar kimi…Bir daha vurğulayıram.Yerli məmurların ucbatından…
Yayda istisində ilanların,böcəklərin,adını bilmədiyimiz müxtəlif həşəratların əlindən bezmişik.Qışda isə yağışdan, yağmurdan,palçıqdan.Ey yerli müvafiq orqanlar,axı bu kibrit qutularına bənzəyən “finiski ev”lər öz ömürünü,istismar müddətini çoxdan başa vurub.yaşamaq üçün ən minimal tələblərə cavab vermir,bir sözlə,yaşamaq üçün yararsızdır.

Bütün oxuculardan üzr istəyirəm.Çünki fikrimi bir qədər kobud,necə var elə ifadə etmək məcburiyyətindəyəm.İlin heç bir fəslində belə çimmək,başımızı,ayağımızı yumaq üçün bapbalaca “hamam”ımız belə yoxdu.Heç cüzi tələblərə cavab verən tualet də…Düz 20 ilə yaxındır ki,sovetlərin yadigarı olan kanalizasiya xətləri sıradan çıxıb.Bəli,biz dözümlü xalqın nümayəndələri olaraq bu günə kimi dözmüşük.Amma,artıq 26 illik uzun səbrimiz  tükənir.Daha doğrusu tükənib.

Azərbaycan dünyada nefti ilə diqqət mərkəzində olan,siyasi ,iqtisadi cəhətdən Avropada öz sözünü deyən,dünya iqtisadiyyatına öz töhfəsini verən və inkişaf etməkdə olan bir ölkədir.

Mən bir azərbaycanlı gənc olaraq belə ağır şəraitdə yaşadığım üçün həqiqətən də utanıram.Kasıb olduğuma görə yox ha…Utanıram ona görə ki,qohumlarımı,dostlarımı evimizə dəvət edə bilmirəm.Axı biz də insanıq.Bizlər də normal insan kimi yaşamaq istəyirik.Bu gənc yaşımda normal vəziyyətdə yaşaya bilmirəmsə ,qocalanda kimə və nəyə gərək olacağam?

Mənim 30 yaşım var.Valideynlərimdən ayrı yaşayıram.Evsizlik dərdindən ailə qura bilmirəm.Bu təkcə mənim yox,burada məskunlaşan laçınlının,ağdamlının,bir sözlə bütün məcburi köçkün gənclərin problemidi.
Mən bir kəlbəcərli kimi,Vətənini, xalqını,dövlətini  sevən Azərbaycan övladı kimi, Cənab prezidentimiz İlham Heydər oğlu Əliyevdən kömək istəyirəm.Çünki bu günə kimi Mingəçevir şəhər İcra Hakimiyyətinə,Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə,Milli Məclisə etdiyimiz xeyli sayda müraciətlər ya cavabsız qalıb,ya da boş sözlərdən başqa birf şey olmayıb.Gələcəyin turizm şəhəri olan Mingəçevirin keçmiş “Turist bazası” adlanan yerində məskunlaşan və yaşam mücadiləsi verən köçkünlər olaraq Sizdən mövcud problemlərimizin həlli üçün kömək gözləyirik.

Hörmətlə,Məmişov  Nicat Xəlil oğlu

16.07.2019.

Ünvan: Mingəçevir şəhəri,Turist  bazası.

 

DİGƏR XƏBƏRLƏR