Əsgərimiz yaralandı, general isə dərhal…-VİDEO

54

18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

Kanal32.info axar.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Məlumatda qeyd edilib ki, cavab atəşi ilə düşmən susdurul­ub.

“Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanlb. Sər­hədçi əsgərə dərhal təxirə­sa­lın­maz tibbi yardım göstərili və hazırda həyatı üçün təh­lükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib”, – məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR