Ağdaş xəstəxanasında yoxa çıxan milyonlar-VİDEO

144

Məlum olduğu kimi Mingəçevir və Yevlax şəhərlərində İcbari Tibbi Söğortanın pilot layihə kimi tətbiqi üçün 2016-cı ildə dövlət büdcəsindən 10 milyon manat, 2017-ci ildə isə 24,5 milyon manat ayrılıb. 2018-ci ildə isə Prezident İlham Əliyevin fərmanı ilə Ağdaş rayonu da pilot layihəyə qoşulub. Ümumiyyətlə, bu il üç bölgəyə dövlət büdcəsindən, təxminən, 37 milyon manat ayrılıb.Beləliklə, üç il ərzində İTS Agentliyi büdcə fondlarından ümumilikdə 71,5 milyon manat alıb.

Agentliyin bu günə kimi yaydığı məlumatlarda bildirilir ki,ayrılan bu vəsaitlərin bir hissəsi xərclənib və pilot ərazilərdəki tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədi ilə bir sıra yeniliklər həyata keçirilib. İlkin səhiyyə xidməti yenidən təşkil olunaraq onun maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilib. Mingəçevir şəhəri üzrə sanitar-epidemioloji tələblərə cavab verən 2, Yevlax rayonunda 5, Ağdaş rayonunda isə 15 ilkin səhiyyə müəssisəsi təşkil olunub.Burada 18 adda tibbi xidmət ailə həkimləri tərəfindən təmin edilir. Ağdaş rayonunda həmçinin 46 tibb məntəqəsi də fəaliyyət göstərir.

Amma,təqdim edəcəyimiz videoda gördükləriniz hər birimizi sözün əsl mənasında şoka salacaq.Çünki Ağdaş Rayon Mərkəzi Xəstəxanasına dövlətimizin ayırdığı milyonlar  direktor Nuru Nuruyev tərəfindən havaya sovrulub.Daha doğrusu bəlkə də məlum və naməlum istiqamətlərə “xərclənib”.Əgər belə olmasaydı,”yuxarı”ları “əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmət götərilir” kimi yalançı məlumatlarala aldatmazdılar.Bunu rayonun düz mərkəzində- prokurorluqla üzbəüz binada yerləşən Ailə Sağlamlıq Mərkəzindəki utancverici mənzərə təsdiq edir.

Rayon mərkəzində “fəaliyyət göstərən” Ailə Sağlamlıq Mərkəzində lentə alınmış videonu tədim edirik:

İcbari Sığorta üzrə Dövlət Agentliyi,Nazirlər kabineti,baxın və qiymət verin!

Dövlətimizin ayırdığı milyonlarla vəsait hara xərclənib?

Niyə dövləti aldanlar,dövlətin və xalqın pulunu mənimsəyənlər cəzalandırılmır?

Ağdaş və Mingəçevir xəstəxanalarındakı qanunsuzluqlarla bağlı araşdırmamız davamı olacaq.Bizi izləməyi unutmayın…

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Azbelediyye.az

DİGƏR XƏBƏRLƏR