İsfəndiyar Axundovla bağlı qalmaqal davam edir

136

“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun  qanunsuz əməllərindən zərəçəkənlər Prezidentə müraciət etdilər.

Şikayətçilər artıq Ali Məhkəmədə çəkişirlər. Zərəçəkənlər- Mahir Abbasov  , Alim  Səfərov, İlqar Abbasov,  Zəfər  Əliyev, Müzəffər Məmmədli , Maral Şirinbəyova,  Seyranə Abbasova,Vidadi  İsgəndərov,Nailə  Aslanova, Mahir Abasov, Zibeydə Talıbova, Qulamhüseyn Əliyev, Anar Abıyev, Mafisəd Cəfərov    İsfəndiyar Axundovun qanunsuz hərəkətlərindən zərərçəkən şəxslər Kanal32.info saytına müraciət edərək səslərini cənab  Prezidentə çatdırmağı xahiş ediblər.

Azərbyacna Respublikasının Prezidenti İlham Əliyev:”Məhkəmədə ədalət olmalıdır”.

Zərəçəkənlər bildirib:  “Bakı Apellyasiya Məhkəməsinin mülkü kollegiyasının sədri Məmməd Məmmədovun sədrliyi ilə “Şərur” MTK-ya qarşı iddiamız üzrə işə baxılmışdır. Məhkəmə icraatı zamanı hakimin qərarı ilə araşdırmaya cəlb edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 4 aydan çox çəkən detallı hesablamasının nəticəsi olaraq 08 oktyabr 2018-ci il tarixli AKT-ı tərtib etdilərək məhkəməyə təqdim olunmuşdur və nəticədə “Şərur” MTK-ya qarşı mükü hüquqlarımızın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.

Dövlət başçısı hörmətli Prezident İlham Əliyev cənabları bütün zərərçəkmişləri  (900-dan çox vətəndaşı) bu sıxıntılardan qurtarmaq üçün şəxsi göstərişi ilə 17 dövlət qurum və təşkilatını bu problemin həllinə yönəltmişdir. Bu təşkilatlar arasında bağlanmış müqavilə üzrə vətəndaşlara dəymiş zərərin bərpa olunması  “Şərur” MTK-ya tapşırılmışdir. Və uyğun olaraq “Şərur” MTK-ya bütün imkanlar  (4 hektardan çox torpaq sahəsinin ayrılması, 10 milyon manat pul vəsaitinin ayrılması, bütün növ vergilərdən azad olumması və s. kimi) verilmışdır. Ancaq bu imkanların böyük əksəriyyətini təyinatı üzrə yox, şəxsi istəkləri üzrə yönəldən “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovun dələduz əməllərini Azərbaycan Respublikası Auditorlar Palatasının peşəkar mütəxəssislərinin “Şərur” MTK-dan məcburi qaydada (məhkəmə qərarı ilə) götürülmüş 3000-dən çox müqavilə və ödəniş orderlərinin hesablanmasının 08 oktyabr 2018-ci il tarixli yekun AKT-ı açıq-aşkar ortaya qoymuşdur. Təkzib edilməz faktlarla sübut olunmuş cinayət tərkibli əməlləri azmış kimi  “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov tam bir məhsuliyyətsizliklə  Cənab Prezidentin göstərişi ilə bağlanmış müqavilə üzrə bütün öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini bildirməkdədir. Onun məhkəmələrə göndərdiyi nümayəndəsi Şahbaz Məmmədovun isə bütün iclaslarda hakimlərin faktlarla bağlı verdiyi suallara təkrarlanan tək bir cavabı olmuşdur – “mənə İsfəndiyar müəllim nəyi deyirsə onu sizə deyirəm”. Hakimin araşdırma aparmaq üçün Şahbaz Məmmədovdan zəruri sənədləri dəfələrlə tələb etməsinə baxmayaraq, o, – “İsfəndiyar müəllim sənədləri mənə vermir” – deyərək məhkəmə araşdırmasını ələ salaraq aylarla uzatmışdır. Sonda hakim tərəfindən məcburi qaydada götürülmə qərarı qəbul edilmiş və icra məmurlarının 4 aylıq çalışmaları nəticəsində zəruri sənədlər  “Şərur” MTK-dan götürülmüşdür. Üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməyərək məhkəmənin işini aylarla uzatması və s. kimi hərəkətlər törətməsi  “Şərur” MTK-nın vəkilinin belə heç bir qanun-qaydaya əməl etməməsinin bariz nümunəsidir. Şahbaz Məmmədovun verdiyi izahatların isə tamamının ağ yalanlardan ibarət olduğunun isbatı üçün, Azərbaycan Respublikası Auditorlar Palatasının AKT-na və məhkəmənin qəbul etdiyi qətnaməyə baxmaq kifayət edir.

Son vaxtlar  şəhid ailəsinin mənzilini əlindən almaqla mətbuatın gündəminə gələn İsfəndiyar Axundov indi də zərərçəkmişlərin qanuni qətnaməsini ləğv etdirmək məqsədi ilə Ali Məhkəməyə şikayət vermişdir. O,  havadarlarına güvənərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının sədri Məmməd Məmmədovun qanuni və ədalətli qətnaməsini ləğv etdirəcəyini açıqca bildirməkdədir.

Şərur MTK-nın  hüquqşünası Şahbaz Məmmədov bu məsələlərdə xüsusi fəallıq göstərərək məhkəmələrdə çəkinmədən – “mən qanuna yox, ancaq İsfəndiyar Axundovun tapşırıqlarına əməl edirəm” –  söyləməsi, İsfəndiyar Axundovun hüquqüstü bir kimliyə sahib olduğunu göstərir.

  

     Ali Məhkəmin sədri Ramiz Rzayev                                      Hakim Vəfaddin İbayev

Hazırda İsfəndiyar Axundovun  Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi şikayət Ali Məhkəmənin hakimi Vəfaddin İbayevin sədrliyi ilə 23 iyul 2019-cu il tarixdə baxılacaq. Zərəçəkənlər hesab edir ki daimi məhkəməni subyektiv amillərlə ələ almağa çalışan İsfəndiyar Axundovun hərəkətlərini ölkə başçısı nəzarətə götürməklə ədaləti bərpa edəcək.

Odur ki biz cənab Prezidentən bu məhkəmənin nəzarətə götürülərək ədalətli qərarın təmin olunmasını xahiş edirik.

Redaksiya olaraq qeyd edək ki,qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Kanal32.info

DİGƏR XƏBƏRLƏR