DTX polkovniki həbs edildi-AZƏRBAYCANDA

118

  Kanal32.info xəbər verir ki, Criminal.az saytının əldə etdiyi məlumata görə,Dövlət Təhlükəsizlik Xidmətinin Astara rayon şöbəsinin rəisi, polkovnik Elxan Alışov Cinayət Məcəlləsinin 311-ci(rüşvət alma ) maddəsi ilə təqsirləndirilir.

Cinayət işinin istintaqı artıq yekunlaşdırılaraq məhkəməyə göndərilib. Hazırda E.Alışovun cinayət işinə Cəlilabad rayon Hərbi Məhkəməsində baxılır.

Məhkəmədən bildirilib ki, iş hakim Vüqar Əhmədovun icraatındadır. Ondan başqa daha 2 nəfər də təqsirləndirilir.

Məlumata görə, E.Alışov həbs edilməmişdən bir müddət əvvəl təqaüdə çıxması ilə bağlı müraciət edibmiş.

DTX-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev sayta açıqlamasında E.Alışovun həbs edilməsini təsdiqləməyib. Bildirib ki, DTX-nın heç bir rayon şöbəsinin rəisi həbs edilməyib.

DİGƏR XƏBƏRLƏR