Gənclərdən media nümayəndələrinə xüsusi diqqət-FOTOLAR

54

Kanal32.info-nun məlumatına görə,Milli Mətbuatın yaranmasının 144-cü ildönümü ərəfəsində Mingəçevir Gənclər Evi şəhərdə və ətraf bölgələrdə fəaliyyət göstərən media  nümayəndələri ilə  görüş keçirib.

Tədbiri açıq elan edən Mingəçevirin fəal gənci, Gənclər evinin dərnək rəhbəri Rəşad Qurbanov jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edib və gənclərin fəaliyyətini mütəmadi işıqlandırdıqlarına görə onlara öz minnətdarlığını çatdırıb.Söhbət əsnasında gənclərin son günlərdəki uğurlarından, ictimai əlaqələrindən, gələcəyə töhfələrindən danışılıb.

Daha sonra qonaqlarla gənclər arasında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.Tədbirdə iştirak edən digər fəal gənclərdən Ehtiram Sadıqzadə, Zəminə Ədilova, Dağlar Babayev, Samit Musayev və başqaları media nümayəndələrini təbrik ediblər. Onlar həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğıdan danışıblar.Şəhər rəhbərliyinin də bu ənənələri davam etdirdiyinə diqqət çəkiblər.Ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edən gənclər hər zaman Vətənimizin, eləcə də Mingəçevirin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bəyan ediblər.

Media təmsilçiləri ilə keçirilən görüş çay sürfəsi arxasında səmimi və maraqlı söhbətlərlə davam edib. Sonda bir qrup mətbuat nümayəndəsinə Gənclər evinin hədiyyəsi təqdim olunub.

Müəllif:İxtiyar Həsənli

DİGƏR XƏBƏRLƏR