Prezident Administrasiyasının rəhbəri istefa verdi

87

Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofis rəhbəri Andrey Boqdan ərizə yazaraq işdən çıxıb.

KANAL32.İNFO  “Qafqazinfo”ya istinadən  xəbər verir ki, A.Boqdanın ərizəsi Prezidentə bu gün təqdim olunub.

Xatırladaq ki, Zelenski Boqdanı Prezident Administrasiyasının rəhbəri vəzifəsinə mayın 21-də təyin edib. Ancaq cəmi 2 gün sonra Boqdanın istefaya göndərilməsi üçün ilk petisiyanın imzalanmasına başlanıb. Bununla belə, Zelenski Boqdanı vəzifəsindən azad etməyib.

İyulda Boqdana qarşı yenidən petisiya imzalanmasına başlanıb. Ukrayna qanunvericiliyinə görə, Viktor Yanukoviçin dövründə işləyən məmurlar dövlət vəzifəsi tuta bilməzlər. Boqdanın istefası da bu səbəbdən tələb edilirdi.

DİGƏR XƏBƏRLƏR