Mingəçevirdə “Yay məktəbi” layihəsi başladı-FOTOLAR

46

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Ailələrə Sosial Dayaq İctimai Birliyi ” Şəhid ailələrinin uşaqları üçün yay məktəbinin təşkili “ adlı layihəsinə start verib.

Kanal32.info -nun məlumatına görə,6 avqust  2019-cu ildə tarixdə layihənin açılış tədbiri keçirilib.Təqdimat mərasimində Ailələrə Sosial Dayaq İctimai Birliyi  sədri,layihə rəhbəri,pedaqoqlar,könüllülər və media təmsilçiləri iştirak edib.Giriş nitqi ilə çıxış edən layihə rəhbəri iştirakçıları salamlayıb və “Yay məktəbi” haqqında qısa məlumat verib.O bildirib ki,layihə çərçivəsində Mingəçevirdə və ətraf ərazilərdə yaşayan şəhid uşaqları üçün təşkil olunan yay məktəbi iki həftə davam edəcək.Bu müddət ərzində seçilmiş şəhid övladları üçün maraqlı məşğələlər, intellektual oyunlar, bacarıqların nümayişi və səyahətlər  təşkil olunacaqdır.

Tədbirdə çıxış edən qonaqlar da öz növbəsində bu layihəni yüksək qiymətləndiriliblər və bu qəbildən olan tədbirlərin davamlı olmasını təklif ediblər.

Təqdimatdan və gündəlik qrafik elan olunduqdan sonra uşaqlar biri-biri ilə tanış olublar və əyləncəli yarışmalara,intelektual oyunlara başanılıb.

Qeyd edək ki,layihənin əsas məqsədi vətənin müdafiəsində həlak olmuş şəxslərin övladları üçün “Yay məktəbi”ni təşkili etməklə, onların tətil dövründə asudə vaxtlarının səmərəli keçirilməsinə, bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.

DİGƏR XƏBƏRLƏR