Yay məktəbində maraqlı anlar-FOTOLAR

45

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Ailələrə Sosial Dayaq İctimai Birliyi avqust ayının 6-dan başalayaraq ” Şəhid ailələrinin uşaqları üçün yay məktəbinin təşkili “ adlı iki həftəlik layihə həyata keçirir.

Layihə çərçivəsində müəyyən edilmiş proqrama uyğun olaraq Ailələrə Sosial Dayaq İctimai Birliyinin rəhbərliyi və əməkdaşları uşaqları Mingəçevirin gəzməli-görməli yerlərinə aparıblar.

“Yay məktəbi”nin ilk həftəsinin ən diqqətçəkən məqamlarından biri də uşaqlarlarla şərəfli döyüş yolu keçmiş Qarabağ və Əfqanstan müharibələrinin iştirakçıları arasında görüşün keçirilməsi oldu.Veteranlar ilk növbədə keçdikləri döyüş yolundan və Vətənimizin mənfur ermənilərdən necə azad olunmasından danışıblar.Daha sonra uşaqlarla keçmiş döyüşülər arasında maraqlı dialoq olub.Uşaqlar Qarabağa və işğal olunmuş rayonlarımızla bağlı öz fikirlərini ifadə ediblər və şeirlər söyləyiblər.Uşaqların təsirli və emosional çıxlşarı veteranları kövrəldib.Görüşün maraqlı məqamlarından biri də keçmiş döyüşçülərin uşaqlara canlı musiqi təqdim etməsi və uşaqlarla rəqs etməsi olub.

Layihənin ilk həftəsinin 3-cü günündə “Yay məktəbi”nin iştirakçıları pedaqoq və veteranlarla birgə Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda olublar..Həmçinin,Mingəçevir şəhər Tarix diyarşünaslıq muzeyinə ekskursiya ediblər.

Növbəti gündə isə uşaqların Mingəçevir Rəsm Qalereyasına səfəri təşkil olunub.O cümlədən,Kür çayının hər iki sahilindən başlanan gəzinti daha sonra gəmi səyahəti ilə davam edib.Ardınca isə “River Side” otelində nahar süfrəsi açılıb.Həmçinin,səyahət otelin uşaq-əyləncə mərkəzində keçirilən interaktiv oyunlarla və maraqlı istirahətlə yadda qalıb.

Qeyd edək ki,layihənin əsas məqsədi vətənin müdafiəsində həlak olmuş şəxslərin övladları üçün “Yay məktəbi”ni təşkili etməklə, onların tətil dövründə asudə vaxtlarının səmərəli keçirilməsinə, bilik və bacarıqlarının artırılmasına nail olmaqdır.

DİGƏR XƏBƏRLƏR