Zərdab sakinindən FHN-lə bağlı ŞOK SÖZLƏR

37

Neçə ildir evi qəza vəziyyətində olan Zərdab rayonunun Çallı kənd sakini ali təhsilli Məmmədov Mehman “Kana32″nin redaksiyasına məktub göndərib.Və saytımız vasitəsi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edərək bildirir ki,tabeliyində çalışan işçiləri onu aldadır.Şikayətçi iddi edir ki,bir neçə dəfə qəbulda olduğu zaman Tikintidə Təhlükəsizliyə Nəzarət  Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov və bölmə rəisi Zeynal Tarquliyev nazir Kəmaləddin Heydərov barəsində etik normadan kənar ifadlər işlədiblər.

Müraciətin nöqtə,vergülünə toxunmadan olduğu kimi təqdim edirik:

    Hörmətli “Kanal32″nin redaksiyası! Bu məktubu yazmaqda əsas məqsədim ondan ibarətdir ki,dəfələrlə FHN Kəmaləddin Heydərovun qəbulu üçün  müraciətlər etsəm də müraciətlərimə heç bir cavab verilmir.Bildirirəm ki, evimin qəzalı vəziyyətdə olması ilə əlaqədar  08 iyul 2016-cı ildə FHN Kəmaləddin Heydərovun Ucar rayonundakı səyyar qəbulunda oldum.Evimin vəziyyəti barədə cənab nazirə məlumat verdikdən sonra cənab nazir müavinlərinə və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova şəxsi tapşırıqlar verərək bildirdi ki, ya mənim evimin tikintisi üçün lazım olan materiallar versinlər ya da yaşadığım evimin maya dəyərini hesablayıb maddi köməklik etsinlər. Cənab nazir sonda mənə bildirdi ki,əgər mənim tapşırığıma əməl olunmasa necə olursa olsun təkrar mənim qəbuluma gəl. mən onunla görüşümdən sonra FHN-in əməkdaşları həmin gün bizə gəlib mənim evimə baxış keçirib getdilər. Həmin ilin sentyabrında Yevlax regional FHN-in işçisi Rafayıl adlı şəxs bizə gələrək mənə 500 manat pul təklif edərək bildirdi ki, bu pulu nazirlə görüşdüyüm üçün Cəbrayıl Xanlarov göndərib. Mən bu puldan imtina edərək cənab nazirin tapşırığına əməl olunmasını ona bildirəndə o mənə özün bilərsən get Cəbrayıl xanlarova sözünü de cavabını verdi. 2016 -cı ilin noyabrında mən Cəbrayıl Xanlarovun qəbuluna getdim. O mənə bildirdi ki,sənin evinə 45-50000 min arası xərc lazımdır. Bizim ona gücümüz çatmır və nazir də nə edirsə özü də bilmir. Cəbrayıl Xanlarov təkrarən evimə yenidən yoxlama komissiyası göndərdi və yenə də eyni ssenari təkrar olundu. Bir müddət keçdikdən sonra poçt vasitəsilə mənə 1000 manat pul göndərdi və mən yenə imtina edib pulu geri qaytartdım. 2017-ci ilin aprelində mən təkrarən Cəbrayıl Xanlarovun qəbuluna getdim və onun köməkçisi Rüfət Ağayev adlı şəxs Cəbrayıl Xanlarov otağında ola-ola mənə bildirdi ki, rəis yoxdur ərazilərə baxmağa gedib.Səhəri gün yenə oraya təkrar getdikdə oranın mühafizəçisi onlarla əlaqə saxladıqdan sonra mənə bildirdi ki, Cəbrayıl Xanlarov ərazidədir. Mən kor peşiman qayıtdım evimizə. 2017-ci ilin oktyabrında cənab nazirin Zərdab rayonundakı səyyar qəbulunda FHN-in əməkdaşları məni tanıyaraq mənim nazirlə görüşümə maneə yaradaraq mənim nazirlə görüşümə mane oldular. Bundan sonra dəfələrlə Bakıya cənab nazirlə görüşməyə getsəm də nazirin Bakıda qəbul keçirmədiyini əsas gətirərək mənim onunla görüşümə imkan vermədilər. Mən yenidən Agentliyə Cəbrayıl Xanlarovla təkrar görüşmək istədikdə məni başqa bölmənin rəisi Zeynal Tarquliyev adlı şəxsin qəbuluna göndərdilər.Həmin Zeynal Tarquliyev “sən heç utanmırsan” deyərək məni təhqir etdi və bildirdi ki,400 manat maaş alıram,həmin pulu da nazir (K.Heydərov) əlimdən alır.O vaxtdan mən nə qədər çalışsam da hələ də evimin bərpası üçün təkrar nazirlə görüşə bilməmişəm. Bax budur nazirliyin əməkdaşlarının nazirin tapşırığına etdikləri əməllər və cənab nazirə qoyduqları hörmətlər. Görəsən cənab nazir bilirmi  bəzi işçilərinin onun aldatmasını və onun tapşırığına bəslədikləri laqeyid münasibətləri.Deməli həmin insanların əməlləri hələ araşdırılıb üzə çıxarılmayıb və cəzalarını almayıblar.
     Hörmətli “Kanal32″nin redaksiyası! Ümid sonda ölür. Ümidim sizədir. Günü gündən qiymətlərin qalxdığı bir vaxtda 180 manat maaşla mən evimi necə tikə bilərəm. Xahiş edirəm  mənim sizə etdiyim müraciətimi nəzərə alıb geniş formada işıqlandırasınız. Bu müraciətimi daha da ictimailəşdirib məni FHN Kəmaləddin Heydərovla görüşümə köməklik göstərəsiniz və cənab nazirin tapşırığına əməl etməyənlər barədə tədbirlər görülməsi barədə cənab nazirə mənim müraciətimi çatdırasınız. Cavabınızı gözləyirəm.                                                                                                                                                                                                                                                                                                                                                 Hörmətlə,Məmmədov Mehman Məhəmməd oğlu
   Zərdab rayon Çallı kəndi
   14 avqust 2019-cu il
   TEL: 051-943-69-97
Şikayətçinin qəzalı vəziyyətə olan evinin fotoları:

Qeyd edək ki,qarşı tərəfin və yazıda sdı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

DİGƏR XƏBƏRLƏR