Məşğulluq Mərkəzinin direktoru intihar etdi

31

Azərbaycanda məmur özünün asaraq həyatına son verib.

Kanal32.info xəbər verir ki,Qax şəhərinin C.Cabbarlı küçəsi,döngə 4, ev 14 ünvanında baş verib.Belə ki,1980-ci il təvəllüdlü Feyzullayev Musa Feyzulla oğlu yaşadığı evdə özünü asaraq intihar edib.Mərhumun meyitini anası səhər saat 6:00 radələrində aşkarlayıb.

Qeyd edək ki,özünün öldürən  Musa Feyzullayev Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

 M.Feyzullayevin ata evində intihar etməsinin səbəbləri hələ ki  məlum deyil.

Faktla bağlı Qax rayonunun hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR